Məscidlərin nəzir qutularını oğurlayan dəstə həbs edildi

OXUNUB: 525 HADİSƏ

Balakənddə kənd məscidlərinin nəzir qurularını qarət edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman GəncəyevTural Lelimadov və Kamran Muradov saxlanılıblar.

Onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyənləşib.

İcmal.Az

RƏYLƏR