Məşhur bloqer kirayə pulu verməyib qaçdı: ev murdar iy verir - VİDEO - FOTO

OXUNUB: 731 MARAQLI

YouTube-da populyar videobloqer, "Okaylaaa" kimi tanınan Kayla Cenkinsin akkauntunun daimi təqibçilərinin sayı 643 min nəfərdən artıqdır.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı bloqer İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Pretvsiçdə Pol və Pola Hopvudlara məxsus evdə kirayə qalırdı.

Ayda 19 min funt-sterlinq kirayə pulu verən K.Cenkins evi tərk edəndən sonra oranın əməllicə zibilxanaya çevrildiyi bəlli olub.

Hopvudların dediklərinə görə, K.Cenkins kirayə qalmaq üçün artıq pulu olmadığını deyərək evdən çıxıb.

"Ev viran qalıb. Hər tərəf zibildir, üfunət qoxuyur. Bu qız çox pinti, murdar əməllər edib. Yataqdakı döşəklər belə, pəşov və nəcis qoxuyur. Evin təmizlənməsinə, təmirinə minlərlə funt gərəkdir", - Pol Hopvud deyib.

 

Onun sözlərinə görə, K.Cenkins kirayə müqaviləsinin hərtlərinə əməl etməyib. Onun kirayə borcu 100 min funt-sterlinqdir.

İcmal.Az


Məşhur bloqer kirayə pulu verməyib qaçdı:ev murdar iy verir

 Məşhur bloqer kirayə pulu verməyib qaçdı: ev murdar iy verir - VÄ°DEO - FOTO

Məşhur bloqer kirayə pulu verməyib qaçdı: ev murdar iy verir - VİDEO - FOTO

RƏYLƏR