Məşhur boksçular Bakıya toplaşır

OXUNUB: 903 İDMAN

Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirakını təsdiqləyən məşhurların siyahısı açıqlanıb.

İcmal.Az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, artıq boks dünyasının 25 tanınmış simasının dəvəti qəbul edərək, tədbirə qatılacağı dəqiqləşib.

Bunlar Gennadi Qolovkin, Mayris Briedis, Srisaket Sor Runqvisay, Kristina Hammer, İkram Kervat, Fatuma Zarika, Con Fernandes, Nasim Hamed, Amir Xan, Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Xavyer Kastilyexos, Vitali Kliçko, Viktor Postol, Karlos Zarate, Quadalupe Pintor, Erik Morales, Maykl Spinks, Azuma Nelson, Nino Benvenuti, Pol Malinyaci, Co Calzage, Nikki Adler və Ketrin Firidir.

Qeyd edək ki, dünya boks ailəsi üçün tarixi hadisənin bir hissəsi olacaq Konvensiya 1-6 oktyabrda keçiriləcək.

İcmal.Az

RƏYLƏR