Məşhur futbolçu FETÖ ilə işbirliyinə görə həbs olundu

OXUNUB: 668 İDMAN

Bir müddət "Fənərbaxça” və "Beşiktaş” kimi böyük komandalarda forma geyinən Türkiyə Milli Komandasının üzvü Uğur Boralın FETÖ terror təşkilatının üzvü olduğu ortaya çıxıb.

Futbolçunun FETÖ-nün bağlanmış qurumlarından olan "Bank Asya” bankına 950 min tl pul yatırdığı sübut edildikdən sonra həbs edilib.

Polisə ifadə verən U.Boral 2003-cü ildə hələ "Gənclər birliyi” komandasında oynayarkən FETÖ ilə tanış olduğunu və təşkil edilən müxtəlif söhbətlərə, toplantılara qatıldığını etiraf edib. Futbolçu onunla birlikdə toplantılarda iştirak edən həmkarlarının adlarını da polisə verib. Onun etiraf etdiyi adlar arasında önəmli futbolçuların yer aldığı bildirilib.

Polis U.Boralın ifadəsi əsasında yeni futbol istintaqları təşkil ediəcək./publika

İcmal.Az

RƏYLƏR