Məşhur futbolçu ürəyindən əməliyyat olundu - FOTO

OXUNUB: 831 İDMAN

İspaniyanın "Atletik" futbol klubunun yarımmüdafiəçisi Raul Qarsiya Bilbaoda ürəyindən əməliyyat olunub.

 31 yaşlı futbolçu ürək ritminin pozulmasından əziyyət çəkirdi. Həkimlər R.Qarsiyada ürək anomaliyasını ilk dəfə 2016-cı ildə aşkar edib və məşqlərin intensivliyini azaldıblar. Buna baxmayaraq, 2016/17 mövsümündə Raul Qarsiya 48 matçda iştirak edib və 14 qol vurub.

Qeyd edək ki, Raul Qarsiya əvvəllər "Osasuna” və Madrid "Atletiko”sunun şərəfini qoruyub./publika

 

İcmal.Az

RƏYLƏR