Məşhur futbolçu vəfat edən qardaşının oğlunu övladlığa götürüb

OXUNUB: 777 İDMAN

Türkiyənin "Başakşehir” klubunun futbolçusu Emmanuel Adebayor vəfat edən qardaşının oğlunu övladlığa götürüb.

Bunu 34 yaşlı toqolu hücumçu özünün şəxsi "Instagram” səhifəsində yazıb.

"Məni və mərhum qardaşım Piter Adebayoru tanıyanların nəzərinə çatdırıram ki, fotoda gördüyünüz onun övladıdır. Bu gündən onu böyük oğlum elan edirəm. Onun adı Emmanuel Adebayor-kiçidir”, futbolçu vurğulayıb.

Qeyd edək ki, bir neçə dəfə ailə üzvləri ilə problem yaşayan E.Adebayor karyerası ərzində Fransanın "Mets”, "Monako”, İngiltərənin "Arsenal”, "Mançester Siti”, "Tottenhem” və "Kristal Pelas”, eləcə də İspaniyanın "Real Madrid” klublarının formasını geyinib. /report

 

İcmal.Az

RƏYLƏR