Məşhur idmançı tanınmaz halda - Düz xətdə yeriyə bilmədi + Video

OXUNUB: 1858 İDMAN

Amerikalı ulduz qolfçu Tayqer Vuds Floridadakı evinin yaxınlığında avtomobilində huşsuz vəziyyətdə aşkarlanıb.

İdmançı harada olduğunu bilməyib və ayaq üstə durmaqda çətinlik çəkib.

Vuds polislərə həkim resepti ilə istifadə etdiyi bir neçə dərmanın onda əks təsir yaratdığını söyləyib. Alkotester nəticəsində Tayqer Vudsun sərxoş olmadığı müəyyən edilib.

Polis  avtomobilinin kamerasına düşən görüntülərdə idmançının düz xətdə yeriyə bilmədiyi görünür. Əlləri qandallanan idmançı araşdırma aparılması üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, bütün zamanların ən güclü qolfçusu hesab edilən 41 yaşlı idmançı, uzun müddət ən çox qazanan idmançıların siyahısına liderlik etmişdi./qafqazinfo

İcmal.Az

RƏYLƏR