Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı

OXUNUB: 841 İDMAN

İspaniyanın məşhur "Mundo Deportivo” idman nəşri kobud səhv buraxıb.

 Nəşr "Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ”ı "erməni klubu” adlandırıb.

 

"”Çolo”nun uşaqları ("Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – qeyd.) ötən gecə erməni "Qarabağ”ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi”, - yazıda bildirilir.

Xatırladaq ki, "Qarabağ”-"Atletiko” matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb./oxu

 

İcmal.Az


RƏYLƏR