Məşhur marketdən bahalı viski oğurlayanlar saxlanıldı

OXUNUB: 490 HADİSƏ

Bakıda "Kontinental Supermarket”dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb.

Yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədə viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb. 

Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Tamerlan Cabbarov, 1980-cı il təvəllüdlü Emin Babayev və 1996-cı il təvəllüdlü Gülnarə İsmayılova saxlanılıb. 

Hazırda istintaq davam etdirilir./qafqazinfo

İcmal.Az

RƏYLƏR