Məşhur model etiraf etdi: “Kökəlib şar kimi şişmişəm”

OXUNUB: 710 ŞOU-BİZNES
İngiltərəli aktrisa və model Kelli Bruk qatıldığı verilişlərdən birində maraqlı açıqlama verib.

 
İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kelli 3 ildir birlikdə olduğu sevgilisi Ceremi Parisi ilə tanış olduqdan sonra kökəlməyə başladığını söyləyib:

"Cereminin anası və nənəsi gözəl yeməklər bişirirlər. Bir dəfə onlara qonaq getdim, süfrələrini görüb "Aman, Allah” dedim. Yeməyə makarondan başladım. Sonra da ardınca nələr yediyimi sadalamasam yaxşıdır. Onlarla tez-tez görüşürük və dadlı yeməklər yeyirik. Kökəlib şar kimi şişmişəm”.

Qeyd edək ki, 38 yaşlı model son zamanlar paylaşdığı fotolarda fotoşopdan istifadə etməsi ilə seçilirdi. 





İcmal.Az

RƏYLƏR