Məşhur model: Tramp mənə sevgili olmağı təklif etdi – FOTO

OXUNUB: 705 SİYASƏT

52 yaşlı amerikalı aktrisa Bruk Şilds verilişlərdən birində ABŞ prezidenti Donald Tramp barəsində qalmaqallı açıqlama verib.

O, 1990-cı illərdə D.Trampın ona sevgilisi olmaq barədə etdiyi təklifdən danışıb.

"Film çəkilişində idim. Donald ikinci həyat yoldaşından boşandıqdan sonra mənə zəng etdi və dedi ki, biz birlikdə olmalıyıq, çünki sən ABŞ-ın ən sevimli ulduzu, mən isə ən zəngin adamıyam. İnsanlar bu münasibətə həsəd aparacaqlar”.

B.Şilds sevgilisinin olduğunu və bu təklifi rədd etdiyini bildirib./oxu.az

 

RƏYLƏR