Məşhur müğənni Bakıya gəlir - TƏSDİQLƏNDİ

OXUNUB: 1147 ŞOU-BİZNES

Dünyaca məşhur müğənni Merayya Keri Bakıda konsert verəcək.

İcmal.Az bildirir ki, bu barədə "Formula 1"in "feysbuk" səhifəsi məlumat yayıb.

25 iyun tarixində yarışın final mərhələsindən sonra Merayya Kerinin konsert proqramı ilə çıxış etməsi gözlənilir. Məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov da təsdiqləyib.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Merayya Keri ilə yanaşı, TarkanNikol Şerzinger və "The Black Eyed Peas" qrupu da Bakıya gələcək.

 

İcmal.Az

RƏYLƏR