"Məşhur olmaq üçün ya soyunmalısan, ya da sponsorla yatmalısan" sözləri başına bəla oldu

OXUNUB: 1449 ŞOU-BİZNES

Müğənni Sevinc Musayeva əsəblərinə hakim ola bilməyib.

İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, onun əsəbiləşməsinə səbəb isə sosial mediada fikirlərinin təhrif edilərək yayılması olub.

 

Bir neçə ay əvvəl müğənninin "15 ildir bu hadisələrlə mübarizə aparıram. "Gündəmdə yoxsan" sözlərinə belə cavab verməlisən: gündəminin səhnəsində Elza Seyidcahan kimi çox ağıllı olmalısan, Maral Tahirqızı kimi özünü gicliyə qoymalısan. Ya da "üzdəniraqlardan" prodüser tutmalısan. Ya sponsorla yatmalısan, ya da idmançı oğlanlardan özünə sevgili, ər tutmalısan. Sən də ailə qurmalısan, tez də boşanmalısan. "Lezva" mahnı oxuyub, özünə əl qatmalısan. Səhnədə meymun kimi qaçmalısan, alt paltarını reklam etməlisən. Belə dəlixanadan necə baş çıxartmalısan? Mənim kimi ayda-ildə bir dəfə mahnı oxumalsan", - deyə verdiyi açıqlamasının təhrif edilməsi onu özündən çıxarıb.

Belə ki, bu açıqlama sosial mediada qısaldılaraq "məşhur olmaq üçün ya soyunmalısan, ya da sponsorla yatmalısan" şəkilində tirajlanmağa başlayıb.

Bütün bunlara Musayeva İnstagram hesabında sərt şəkildə etiraz edib.

"Mənşəyi olmayan reytinq qazanmaq naminə ağızlarına gələni yazan saytlar, instagram profilləri və bu profilləri işlədən savadsız, maraqsız, kütbeyin, heç kimə lazım olmayan admin və adminkalar! Dalınız və hünəriniz var idi yazdıqlarımı tam şəkildə təqdim edərdiz! Yazdıqlarımın içindən bir cümləni şəkilimin üstünə yapışdırıb paylaşmaqla özünüzü güldürməyin. Gedin insan hüquqları haqda maddələri oxuyun, tarix elmini oxuyun, kitab oxuyub biraz mütaliə ilə məşqul olun ki, savadınız artsın. Hələ bu profilləri izləyən və yorulmadan barmaqlarına əziyyət verib rəy yazan murdar, tərbiyəsiz izləyicilər, sadəcə analarınıza yazığım gəlir. Kimki o rəylərə yazıb ki, "Görəsən hansını eliyib?" Mənsə onlara birdəfəlik cavab olaraq deyirəm ki "Ananız eliyəni eləmişəm". Siz də gedin namaz qılın tövbə edin ki, başqasına atdığınız şərlərə görə Allah sizi bağışlasın! Və beləcə köpəklər tanımadığlarına hürərlər. Hürün nə qədər istəyirsiz arxamca. Əsas dalınız yoxdur üzümə nəsə deməyə! Mən bunlardan hər hansını eləsəydim, heç deməyimə ehtiyac yox idi hamı biləcəkdi! Çünki Bakı balaca şəhərdi! Fəxr edin ki, bunların heç birini etmədən məşhur olan bir müğənni var Azərbaycanda! Bir sözüm 4 aydı yandırır sizi, tüstünüz hər yana yayılıb. Gör hər gün bu murdar şou biznesin ayıblarını açsam necə olar? 4 il danışarlar . Belə nigaran qalmısınızsa, kor gözlərinizi açın 18 may 2018 və 30 iyul 2018 tarixində paylaşdıqlarımı yaxşı oxuyun! Allah bu azərbaycanda yaşayan mundar, kütbeyin, savadsız, imansız əhalisinin bir qisminə nə qədər qəzəblənirsə xeyri yoxdu! Amma hər şeyin öz zamanı var! Mən səbrli qızam. P.S. Allah insanları istədiyi kimi yaratdı, amma istədiyi kimi görmədi".

 
İcmal.Az

RƏYLƏR