Məşhur serialın çəkilişləri üçün Meksikaya gedən operator öldürüldü - FOTO

OXUNUB: 930 MƏDƏNİYYƏT

"Narcos” serialının dördüncü mövsümünün çəkilişləri üçün Meksikaya gedən operator Carlos Muoz Portal vurularaq öldürülüb.

 37 yaşlı Portalın meyiti Meksikanın ən təhlükəli bölgəsi olan Temascalapa şəhərində, avtomobilin içində tapılıb.

Meksika hüquq-mühafizə orqanları ölüm hadisəsi ilə əlaqədar istintaqda çətinlik çəkdiyini bildirib, çünki hadisənin şahidlərinə dair hələlik heç bir məlumat əldə olunmayıb. Portalın dostu onun çəkiliş üçün həmin bölgəyə yollandığnı söyləyib.

Portal 10 illik karyerası boyunca "James Bond Specter”, "Apocalypto” kimi məşhur filmlərin çəkilişlərində iştirak edib./oxu

 

RƏYLƏR