Məşhur stilist Flora Kərimovanın imicini dəyişdi - Video

OXUNUB: 1593 ŞOU-BİZNES

Bir müddət öncə üzü yanmış bir xanımı makiyaj edərək bir çoxlarının, o cümlədən, dünyanın ən məşhur simalarından olan Peris Hiltonun diqqətini çəkən stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın imicində köklü dəyişiklik edib.

 Stilist xalq artisti Flora Kərimovanın dəyişimini Sevgililər gününə əsrarəngiz hədiyyə adlandırıb.

Özünün İnstaqram səhifəsində xalq artistinin videosunu paylaşan Anar Ağakişiyev qeyd edib: "Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”./teleqraf.com

 

 


İcmal.Az

RƏYLƏR