Məşhur təşkilatda qalmaqal: yardım istəyənlərə təcavüz olunub - FOTOLAR

OXUNUB: 594 DÜNYA
17 təşkilatdan ibarət olaraq dünyanın 90 ölkəsində xeyriyyə və humanitar missiyaları həyata keçirən beynəlxalq "Oxfam" təşkilatının əməkdaşları Haitidə yetkinlik yaşına çatmamış qızlara təcavüz etməklə yanaşı, çoxsaylı zorlamalarda və insan alverinə dəstək verməkdə suçlanırlar.

Dağıdıcı zəlzələnin viran qoyduğu, dünyanın ən yoxsul ölkələrindən biri Haitidə "Oxfam"ın fəaliyyəti ilə bağlı biabırçı faktlar aşkarlanandan sonra təşkilatın 3 yüksək rütbəli funksioneri istefa verib

Qalmaqal yaranandan sonra "Oxfam"ın Haitidəki nümayəndəliyinin 4 əməkdaşı işdən qovulub. Onlar "fahişələrin xidmətlərindən istifadə etmək"də suçlanıblar.

"Oxfam"ın Haitidəki direktoru Roland van Hauvermeyren də vəzifəsindən kənarlaşdırılıb. Aparılan araşdırmalar zamanı bəlli olub ki, o, Haitinin paytaxtı Port-o-Prensdə yardıma ehtiyacı olan qızları və qadınları mənzilinə "dəvət" edərək onlara yardım müqabilində təcavüz edib.

"Oxfam"ın Britaniyadakı baş ofisi olayla bağlı araşdırmaya başlayıb.

Lakin The Times bu ofisi hələ 2011-ci ildə aşkarlanmış biabırçı faktları pərdələmək, ört-basdır etmək cəhdlərində suçlayıb. Məhz həmin ildə 58 yaşlı van Havermayrun "könüllü istefa" adı ilə vəzifəsindən kənarlaşdırılmışdı./milli

İcmal.Az
Məşhur təşkilatda qalmaqal: yardım istəyənlərə təcavüz olunub - FOTOLAR
Məşhur təşkilatda qalmaqal: yardım istəyənlərə təcavüz olunub - FOTOLAR
Məşhur təşkilatda qalmaqal: yardım istəyənlərə təcavüz olunub - FOTOLAR

RƏYLƏR