Məşhur xanım aparıcıdan İNANILMAZ SÖZLƏR: “Xəyanət etməyən kişi çox darıxdırıcıdır” - MÜSAHİBƏ

OXUNUB: 297 SOSİAL

Hüsniyyə Məhərrəmova "Üç nöqtə” layihəsinin yarımçıq bəndlərinə gözlənilməz cavablar verib.

Publika.az-ın qonağı olan məşhur aparıcı xəyanət etməyən kişiləri darıxdırıcı adlandırıb.

İndiki ağlım olsaydı...

- Ağlım həmişə eyni səviyyədədir, deyə bilmərəm ki, nə isə dəyişib.

Zəmanət verə bilərəm ki...

- Heç nəyə zəmanət verə bilmərəm.

Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyaya sülh bəxş edərdim.

Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bu barədə fikirləşmirəm, çünki onu elə də yaxşı görmürəm.

Kişilər o qadınlara xəyanət etmir ki...

- Yəqin ki, qadına xəyanət etməyən kişi çox darıxdırıcıdır.

Seviləsi qadın olmağın ilkin şərti...

- Hər xanımın, ümumiyyətlə, hər insanın xarakteri fərqlidir. Belə bir fikir var ki, hər məhsulun öz alıcısı olur. Odur ki, sevilməyən qadın yoxdur. Loru dildə desək, ola bilsin ki, sadəcə o xanım hələ öz "alıcısı” ilə qarşılaşmayıb.

Qadınlar yaşını ona görə gizlədir ki...

- Ətrafımda yaşını gizlədən qadınlar yoxdur. Yaş məsələsi mənim üçün heç vaxt kompleks olmayıb, 36 yaşım var.

Qadına qarşı şiddət...

- Əlbəttə ki, pisdir.

Vicdanıma and olsun ki...

- İmkanım olsaydı, dünyanı dağıdardım.

Təəssüf edirəm ki...

- Dünyanı dağıda bilmirəm (gülür).

Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım. Vanqa olmasa da, başqa bir adamdan öz gələcəyim haqqında soruşmaq imkanım olub, amma heç nə soruşmadım. Sabahımı bilicəyəmsə, onda niyə yaşayıram ki? Bu, çox darıxdırıcı olar.

Küsülü olduğum insana demək istəyirəm ki…

- Get hoppan.

Ən böyük səhvim o olub ki...

- Ən böyük səhvim hələ olmayıb. Qarşıdadır.

Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənha yaşayan adamın həyatı çox maraqsız olar.

Kiminsə yalan danışdığını hiss edəndə...

- Elə həmin an o adamın üzünə deyirəm ki, mənə danışırsan. Çəkinmirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Dünya daha maraqlı olsun.

Günahlarım yadıma düşəndə...

- Siyahı tuturam.

Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Günahları da, səhvləri də çox ola bilər, lakin əsas odur ki, mənalı ömür yaşasınlar.

İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Həyatda heç nə eyni ola bilməz axı. Bəzən ədalətsizliklə qarşılaşırıq, bəzən də ədalətin öz yerini tutduğunun şahidi oluruq. Ümumilikdə ədalətin var olduğuna inanıram.

Heç vaxt heç kimə icazə vermirəm ki...

- Heç kimə nəyisə qadağan etmək olmaz, hamıya hər şeyi icazə verirəm. Amma kimsə mənə qarşı xoşagəlməz addım atıbsa, onunla mübahisəm bundan sonra başlayır.

O zaman düşünmədən riskə gedirəm ki...

- Həmişə riskə gedirəm, adrenalin və həyəcan hissindən zövq alıram.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Bütün çıxılmaz vəziyyətlərin bir çıxış yolu var. Onu axtarıb tapmaq insanın özündən asılıdır.

Yaxşı gündə, pis gündə...

- Valideynlərim hər zaman yanımda olsun.

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram./publika

İcmal.Az


RƏYLƏR