Messi "Barselona" - "Eybar" matçında poker etdi – VİDEO

OXUNUB: 852 İDMAN

"Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.

"Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.

İspaniya - Primyera. 5-ci tur

"Barselona" – "Eybar" - 6:1

1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87.

İcmal.Az

RƏYLƏR