Messi “Barselona"nı tərk etmək qərarına gəldi

OXUNUB: 1014 İDMAN
Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın "Barselona" klubunu tərk etmək qərarına gəlib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, futbolçunun kontraktı uzatmamasına səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.  

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq.  "The Sun" nəşri Messinin karyerasını İngiltərənin "Mançester Siti" klubunda davam etdirə biləcəyini bildirmişdi. 
 
İcmal.Az

RƏYLƏR