MƏTBUAT AÇIQLAMASI

OXUNUB: 1209 QHT

                                                                                        

Azərbaycan Maarifçi Gənclər Təşkilatınin  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə yardım Şurası tərəfindən maliyyələşdirilən "Ana dilini unutma" mövzuunda tədbirlərin təşkili adlı  layihə həyata keçirir.

 

Layihənin məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini Almaniya Federativ Respublikasında yaşayan və böyüyən gənclərə aşılamaqdır. Layihənin əsas mahiyyəti Almaniyada yaşayan həmvətənlərimizin övladlarının ana dilini unutmamasına dair maarifləndirici tədbirlərin təşkilidir. Avqust 2018-ci ildə  layihə çərçivəsində Almaniya Federativ Respublikasında  Azərbaycan dilinin təbliği ilə bağlı tədbir təşkil ediləcək və azərbaycan dilində kitablar iştirakçılara təqdim ediləcək. Layihə çərçivəsində həmvətənlərimiz üçün  təqdim ediləcək kitabların yığılması üçün aksiya həyta keçirmək planlaşdırılmışdır. Buunla bağlı Tofiq İsmayılov adına 6 saylı liseyin rəhbərliyinə müraciət etdik.  Liseyin direktoru Gülşən Orucova Aksiya ideyasını dəstəklədi. Məktəbdə Aksiya haqqında elanlar yerləşdirildi. Məktəbin şagaird və müəllimləri aksiyada yaxından iştirak etdilər. Aksiya  çərçivəsində  Azərbaycan dilinin təbliği ilə bağlı Almaniya Federativ Respublikasında  keçiriləcək tədbir üçün məktəbdə Azərbaycan əlifbası, Azərbaycan nağılları,  dastanları və bədii ədəbiyyatla bağlı kitablar  yığılaraq Azərbaycan Maarifçi Gənclər Təşkilatına təhvil verilmişdir.

 

Layihəni dəstəklədiyi üçün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə yardım Şurasına və  Aksiyada fəsli iştirk edən Tofik İsmayılov adına  saylı məkəb liseyə öz dərin təşəkkürümüzü bildiririk.

 

Sədr                                                                             Ruhiyyə Aslanova

 

 

İcmal.Az

 

 

RƏYLƏR