Mətbuat Şurasının İdarə Heyətinə kimlər seçildi? - SİYAHI/ YENİLƏNİB

OXUNUB: 705 SOSİAL
Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

7NEWS.az-ın məlumatına görə, bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.
 
13:25 
***
 
Beləliklə, MŞ-nin 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

RƏYLƏR