Metroda dəhşət - 9 yaşlı uşaq eskalatorun arasında qaldı - VİDEO

OXUNUB: 1925 DÜNYA

Hadisə Türkiyədə qeydə alınıb.

Qayrettəpə metro stansiyasında 9 yaşlı uşağın ayağı eskalatorun pilləkənləri arasında qalıb.

Təcili şəkildə eskalatorların hərəkəti dayandırılıb.

Hadisə yerinə gələn xilasedicilər uşağı eskalatorların arasından çıxarmağa çalışıblar.

Təxminən bir saat davam edən xilasetmə işləri zamanı pilləkənləri kəsib uşağın ayağını çıxarmaq mümkün olub.

Xəstəxanadan verilən məlumata görə uşağın ayağında ciddi xəsarətlər qeydə alınmayıb.

Yaranan problemlə əlaqəli müvəqqəti olaraq sərnişinlərin eskalatordan istifadəsinə qadağa qoyulub.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Həmin görüntüləri təqdim edirik:/publika.az

İcmal.Az

RƏYLƏR