Metroda əməliyyat: Cinayətkar saxlanıldı

OXUNUB: 697 SOSİAL

Bakı metrosunda cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

İcmal.Az


RƏYLƏR