Metroda qatarlar toqquşdu - 23 yaralı

OXUNUB: 29 DÜNYA

Sinqapurda metroda qatarlar toqquşub.

Qatarların toqquşması nəticəsində 23 sərnişin xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir.

Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, hərəkətdə olan qatar dayanmış vaqaonlara çırpılıb.

Sinqapur Metropoliten İdarəsi qəzanın "səhv" ucbatından baş verməsi barədə açıqlama yayıb./trend

İcmal.Az

RƏYLƏR