Metropolitendən sərnişinlərə sürpriz vədi - FOTO

OXUNUB: 627 SOSİAL

Yeni il ərəfəsində "Bakı Metropoliteni"nin stansiyalarında yolkaların qurulmasına başlanıb.

Bu barədə İcmal.Az-a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qeyd edib ki, artıq "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında yolkalar qurulub.

Qurumun nümayəndəsi yeni il ərəfəsində sərnişinlərə sürpriz hazırladıqlarını da dilə gətirib.

 

İcmal.Az

RƏYLƏR