Meydana girib futbolçunu bir təpiklə yerə sərdi - Video

OXUNUB: 779 İDMAN
Türkiyə Regional Həvəskarlar Liqası 2-ci qrupunda "62 Pertekspor” - "Adıyaman 1954 Spor” matçında dava düşüb.
 
İcmal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində meydana daxil olan bir nəfər "Adıyaman 1954 Spor”un kapitanı Mehmet Əli Yakışıka təpik atıb.
 
Ə.Yakışık aldığı zərbənin təsirindən yerə sərilib. Dərhal polislər meydana daxil olaraq həmin şəxsi yaxalayıblar.
 
Oyun 8 dəqiqəlik fasilədən sonra yenidən davam edib.
 
Xəsarət alan futbolçu isə matçdan sonra xəstəxanaya yerləşdirilib.
 
 
İcmal.Az

RƏYLƏR