“Meyiti görüb dözə bilmədim...” - Aygün Bəylərin qardaşı

OXUNUB: 870 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində birgə marixuana əkdikləri dostlarını öldürməkdə təqsirləndirilənlər - Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Cavid Hüseynovun icraatında olan prosesdə təqsirləndirilən, müğənii Aygün Bəylərin qardaşı Abbas Hümmətov ifadə verib. O deyib ki, Elmirin təklifi ilə narkotik əkməyə razılaşıb: "Özüm də çəkən idim, amma tapmaq çətin idi. Ona görə razılaşdım. Satmaq niyyətimiz yox idi. Hadisə günü Elmir zəng edib məni narkotik əkdiyimiz evə çağırdı, gedib çatanda Elnur Hümmətovun yerdə ağa bükülmüş meyitini gördüm. Qohumum olduğu üçün dözə bilməyib oradan çıxdım və evə getdim”.

A.Hümmətovun istintaqa ifadəsində başqa cür danışdığı bildirlib və onun müstəntiqə verdiyi ifadəsi elan edilib. Məlum olub ki, A.Hümmətov qohumu E.Hümmətovun öldürülməsi yox, döyülərək qorxudulması təklifinə razılıq verib. Hadisə zamanı isə skoç almağa gedib və qayıdanda görüb ki, Elnuru öldürüblər.

A.Hümmətov həmin ifadəni işgəncə altında verdiyini və təsdiq etmədiyini deyib.

Digər təqsirləndirilən Ramin Nəsirov isə E.Hümmətovu qız üstündə öldürdüyü deyib: "Elnur dedi ki, narkotik əkdiyimiz evə onun qız qonağı gələcək. Mən buna etiraz etdim. Bir az sonra Elnura zəng gəldi, çölə çıxdı, mən də arxasıyca getdim. Həmin qız gəlmişdi, onu evə buraxmadım, qız çıxıb getdi. Biz evə qayıdanda Einur mənlə mübahisə etdi, ikimiz də içkili idik. Elnur üstümə hücum çəkdi, onu itələdim. Yıxılanda ağzından qan gəldi, tərpətdim, gördüm ölüb. Meyiti büküb basdırmaq istədim, ağır idi, gücüm çatmadı. Səhər açılanda Elmirə zəng edib çağırdım, Abbas da onunla gəldi. Abbas evə girəndə meyiti gördü, pis oldu, çıxıb getdi. Biz meyiti quyuda basdırdıq”.

Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

İcmal.Az

 

 


RƏYLƏR