Meymun küçədə dilənçilik etdi: İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

OXUNUB: 354 MARAQLI

Bir qrup şəxs meymuna uşaq paltarı geyindirərək yol kənarında dilənməyə məcbur edib.

Hadisə İndoneziyanın Boqor şəhərində qeydə alınıb. Maska taxıb avtomobillərin sıx olduğu ərazidə yol kənarına çıxarılan meymun insanlardan pul dilənib. Meymunun qız uşağı olduğunu düşünən sürücülər avtomobili saxlayaraq ona pul vermək istəyiblər.

Sifətinə maska, gözlərinə günəş eynəyi və sarı parik taxılan meymun hər kəsi təəccübləndirib. Onun görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.

Görünütlərə heyvansevərlər tərəfindən sərt reaksiya gəlib.

Həmin görüntüləri təqdim edirik:/publika

İcmal.Az

RƏYLƏR