Meyxanaçı Samirə ilə əməkdar artist arasında qalmaqal - “O, ÖZÜ BİLİR KİMDİR!” / ARXİV AÇILDI

OXUNUB: 2535 ŞOU-BİZNES

Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Samirə arasında qalmaqal yaşanıb.

 "Ay nənə” mahnısı üstündə davaya çıxan iki məşhur bir-birinə sərt sözlər deyərək, atmacalar atıb. Əməkdar artist Samirə haqqında sərt danışıb:

"Hər kəs çox şey danışa bilər. Olan şeyləri heç kim dəyişə bilməz. Mən mahnının ilk ifaçısıyam. 2000-ci illərdə onu oxumuşam. Samirə mahnını düzgün də oxumayıb. Mahnını özü bildiyi kimi ifa etmişdi”.

Meyxanaçı Samirə Yusifqızı da onun bu sözlərinə biganə qalmayıb:

"Gülüstan Əliyeva mənim haqqıma girib. O mahnı 1996-cı ildə tanınıb. Gülüstan Əliyeva o mahnını məşhur etməyib.1996-cı ildə heç Gülüstan xanım səhnəyə çıxmamışdı. Niyə yalan danışırsan?!”./metbuat.az


İcmal.Az


RƏYLƏR