Məzuniyyətə gələn gənc əsgər arvadının telefonunda mesaj görüb qətl törətdi - FOTO

OXUNUB: 650 HADİSƏ
Kişi həyat yoldaşını telefonda başqa bir kişi ilə danışdığını bilincə əlini qana boyayıb.

Hadisə Türkiyədə baş verib. Belə ki, Türkiyədə tanınmış idmançı Reşit Aydın hərbi xidmətdə olan Uğur K.nın həyat yoldaşına eşq elan edib. Bundan sonra idmançı sevgili olduğu qadınla əlaqə saxlamaq üçün ona mobil telefon alaraq hədiyyə edib.

Hərbi xidmətdən məzuniyyətə gələn Uğur K. həyat yoldaşının telefondan istifadə etdiyininin səbələrini soruşub. Bu zaman Uğurun anası gəlinin xəyanət etdiyini oğluna danışıb. 

Bundan sonra faciə baş verib. Belə ki, 25 yaşlı Uğur K. İstanbuldakı Şahin Ağa küçəsində yerləşən restoranların birində şam yeməyinə əyləşən 46 yaşlı Reşit Aydının ürəyinə bıçaqla zərbə endirib.

 
Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Uğurun həyat yoldaşı isə İstanbul polisi tərəfindən axtarışa verilib.

Uğur K. isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./big


İcmal.Az

RƏYLƏR