MİKAYIL İSMAYILOVUN FERMASINDA ŞİRKƏTİN QUL KİMİ İŞLƏYƏN ƏMƏKDAŞLARI

OXUNUB: 3457 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ
Saytımıza SOCAR şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovla bağlı çox maraqlı məlumat daxil olub.
Mənbə bildirir ki, Ağsu rayonunda Mikayıl İsmayılovun fermer təsərrüfatında SOCAR şirkətinin 100-yə yaxın texnikası işləyir. Qeyd edilir ki, həmin texnikalar üç ildən çoxdur ki, orada işləyir. Bu texnikaların aylıq xərci az qala bir milyon manatdan çox olur.
Bu hesabla , təsəvvür edin, Mikayıl İsmayılov 3-4 il ərzində SOCAR şirkətinə nə qədər ziyan vurub. Texnikaların sürücüləri bunu istədilər-istəmədilər məcburən Mikayl İsmayılovun fermer təsərrüfatına ezam olunurlar. Elə bil ki, SOCAR-ın işçiləri Mikayıl İsmayılovun qullarıdır. SOCAR-ın əməkdaşlarından elə sürücülər var ki, fasiləsiz olaraq 15-16 aydır orada Mikayıl İsmayılov üçün işləyirlər.
Mikayıl İsmayılovun fermer təsərrüfatına ezam olunan əməkdaşlarının ailə üzvləri 365İNFO saytı vasitəsi ilə dövlət başçısına müraciət edərək həyat yoldaşlarının qul kimi işlədilmələrindən azad olunması üçün kömək istəyirlər.
Biz də öz növbəmizdə balaca araşdırma apardıq və məlum oldu ki, Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılov Ağsu rayonunda yaşayır və Mikayıl İsmayılovun fermer təsərrüfatına da o nəzarət edir.
Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Mikayıl İsmayılovun "sağ əli” hesab edilən və müxtəlif "tender” əməliyyatları adı ilə iş adamlarını aldatmaqda günahlandırılan Ceyhun Canıyevlə bağlı silsilə yazılar dərc olunmuşdu və yazıların birində Mikayıl İsmayılovun qardaşı-Müşfiq İsmayılovun da adı hallanırdı.
"Qafqaznews.az saytında dərc olunan"Mikayıl İsmayılovun "qara kassir”i iş adamlarını necə aldadır? – ŞİKAYƏT” başlıqlı yazıda bildirilirdi ki, gənc iş adamı, Tovuz rayon sakini Samir Eldar oğlu Verdiyev SOCAR-da tenderlərə qatılmaq bəhanəsi ilə fırıldağa məruz qalıb.
"S.Verdiyevin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun "sağ əli” Ceyhun Canıyevin onu tenderlərə salmaq adı ilə 350 min dollar alıb, sonradan hissə-hissə pulun bir qismini qaytarsa da, indiyə qədər 115 min dollar pulu qaytarmır.
"Mikayıl İsmayılovdan Prezidentə şikayət olundu – MƏTN” başlıqlı yazıda isə qeyd olunurdu ki, Samir Verdiyev bu məsələ ilə bağlı prezidentə müraciət edib, onu aldadan şəxslərin cəzalandırılması və ona pulunun geri qaytarılmasında dövlət başçısından kömək istəyib.
Qafqaznews.az-da dərc olunan "Mikayıl İsmayılov sabiq protejesindən niyə qisas alır ?” başlıqlı araşdırma yazısında isə SOCAR vitse-prezidentinin Ceyhun Canıyevdən əvvəlki protejesi, Füzuli rayonundan olan məcburi köçkün Zabir Əliyevlə bağlı məlumatlar qeyd olunur, eləcə də Ceyhun Canıyevin atası, Ağsunun sabiq bələdiyyə sədri Vaqif Canıyevin, şamaxılı iş adamı Əmir Bəkirovun və Mikayıl müəllimin qardaşı Müşfiq İsmayılovun üçünün də birlikdə cavabdeh olduğu məhkəmə prosesindən söz açılırdı.
Yazının dərcindən sonra biz Müşfiq İsmayılovla şəxsən əlaqə saxlamış, ondan bu məhkəmə çəkişməsi barədə soruşmuşduq. M.İsmayılov "Füzulidən olan Zabir Əliyev” təqdimatından sonra, onu tanıdığını, amma məhkəmə çəkişməsi barədə məlumatlı olmadığını bildirmişdi.
Çox güman ki, Şirvan Apellyasiya Məhkəməsinin saytından öyrəndiyimiz bu məhkəmə çəkişməsi həm Vaqif Canıyevin, həm də Müşfiq İsmayılovun "kağız üzərində” adlarına olan şirkətlərlə əlaqədardır”,-həmin yazıda bildirilirdi./365info.org/

RƏYLƏR