Mikroavtobus piyadaları əzib – FOTO + VİDEO – YENİLƏNİB

OXUNUB: 776 DÜNYA

Torontoda mikroavtobusun piyadaları əzməsi nəticəsində doqquz nəfər həlak olub, 16 nəfər  yaralanıb.

İcmal.Az "Reuters”ə istinadən xəbər verir ki, qəzanı törətdikdən sonra hadisə yerindən qaçan sürücü, bir neçə kilometr aralıda polis tərəfindən həbs olunub.

Müstəntiqlər insidentin səbəbini araşdırır. 

22:23

Kanadanın Toronto şəhərində mikroavtobus piyadaları əzib.

İcmal.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İlkin məlumata görə, Yonq küçəsi və Finç prospektinin kəsişməsində baş vermiş hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Hadisəni törətmiş sürücü hadisə yerindən qaçıb.  

Əraziyə səfərbər olunan təhlükəsizlik qüvvələri ətrafdakı yolları və yaxınlıqdakı metro stansiyasını bağlayıb. Cinayətkarın axtarışı həyata keçirilir.

Hadisənin terror hücumu olub-olmadığı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, 21-23 aprel tarixlərində Torontoda "Böyük yeddilik” nazirlərinin toplantısı keçirilir.

 

İcmal.Az

RƏYLƏR