Mikroavtobusla toydan qayıdan şəxslər qəzaya düşdülər: yaralılar var

OXUNUB: 652 HADİSƏ

Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər. 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
İlkin məlumata görə, "QAZel" markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

İcmal.Az

RƏYLƏR