Millət vəkili dünyanı etiraza səslədi - ZƏHRAYA GÖRƏ

OXUNUB: 1861 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Millət vəkili Q.Paşayeva İspaniyada Beynəlxalq Forumda çox sayda ölkə heyətlərinə işğalçı Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan danışıb.

İCMAL.az-ın məlumatına görə, millət vəkili İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi Parlament sədrinin 1-ci müavini Estber Mcheka Chilenjeye, Beninin Gənclər və İdman naziri Osvald Homeky, Nigeriya, Mərakeş, ,Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb. Görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və ermənilərin cinayətlərindən danışıb. Millət vəkili bildirib ki, bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini yüksəltməlidir. O, beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb. Millət vəkili onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib



RƏYLƏR