Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"

OXUNUB: 562 Özəl GÜNDƏM SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Nurlan Həsənov bu gün Laçında erməni təxribatına münasibət bildirərkən deyib: "Müharibənin başa çatmasından artıq 2 ilə yaxın vaxt keçsə də, bu gün şəhid verdik. Həmyerlimiz Anar Kazımov bu gün Laçında qanunsuz erməni birləşmələri tərəfindən açılan atəş nəticəsində şəhid olub. Şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Bəs bu cinayətə görə məsuliyyəti kim daşımalıdır? Əlbəttə ki, bölgədə, guya, sülhü və təhlükəsizliyi təmin etməli olanlar! Ermənistan tərəfi üçtərəfli razılaşmanın şərtlərinə hələ də əməl etmir. Mina xəritələrini təqdim etmir, öz qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamağa davam edir. Daha nə qədər günahsız insan minaya düşüb əlil olmalıdır? Nə qədər əsgərimiz yaralanmalı və şəhid olmalıdır? Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirak edən bütün xoş niyyətli tərəflər, xüsusilə Avropa İttifaqı bunu nəzərə almalı və Ermənistana bununla bağlı ciddi təzyiq göstərilməlidir.
Ermənistan beynəlxalq hüquqa zidd hərəkətləri ilə bir daha Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün bütün cəhdləri kölgə altına salır!"

RƏYLƏR