Millət vəkili: "Maliyyə Bazarlarına Nəzarət Palatası gözləntiləri doğrultmadı"

OXUNUB: 887 GÜNDƏM İQTİSADİYYAT

2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini sərt tənqid edib.


 V. Əhmədov deyib ki, MBNP yaradılanda qurumun bank sektorunun sağlamlaşdırılması ilə bağlı ciddi işlər görəcəyi gözlənilirdi, lakin bu baş vermədi: "Çox təəssüf ki, biz bunun şahidi olmadıq. Biz bank sektorunun sağlamlaşdırılmasını, problemli kreditlərin həcminin azaldılacağını gözləyirdik. 2016-cı ildə problemli kreditlərin həcmi 1,6 milyard manat idisə, indi bu göstərici artaraq 1,8 milyard manatı keçib".

Millət vəkili ölkədə hələ də kreditlər üzrə faizlərin yüksək olduğundan narahatlığını diqqətə çatdırıb: "Biz görürük ki, bankların kredit faizləri çox yüksəkdir. Kredit faizləri 28-30%-ə çatır. Buna görə də əhali kreditləri qaytarmaqda çətinlik çəkir".

Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasəti nəticəsində manatın məzənnəsində sabitliyin əldə edildiyini deyən V. Əhmədov bank sektorunda sağlamlaşdırmanın vacib olduğunu vurğulayıb: "Mən dəfələrlə təklif etmişəm ki, bank sektorunun təmsilçiləri Milli Məclisə dəvət olunsun. Onlar bizə məlumat versinlər ki, bu proses nə qədər uzanacaq". /apa
 
 
İcmal.Az

 

RƏYLƏR