Millət vəkili Malta prezidentinə köçkün qadınlardan danışıb

OXUNUB: 867 SİYASƏT

 Millət vəkili Q.Paşayeva Malta prezidenti xanım Marie Lousie Colerio Preca ilə görüş zamanı Malta prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyevin yüksək səviyyəli əməkdaşlığı və səyləri nəticəsində bütün sahələrdə daha da inkişaf edən əlaqələrimizin parlamentlərarası əməkdaşlığın inkişafına da öz müsbət töhvəsini verməsini xüsusi vurğulayıb. Maltanın prezidenti xanım Marie Lousie Colerio Preca ilə görüş zamanı Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi öçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan millət vəkili Q.Paşayeva beynəlxalq ictimaiyyətin ədalətin müdafiəsi istiqamətində Azərbaycana dəstəyinin artmasının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu, öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Millət vəkili Q.Paşayeva Malta prezidentinə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüş zamanı Maltanın prezidenti xanım Marie Lousie Colerio Preca Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində önəmli mazakirələr apardığını deyərək Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın daha da genişlənəcəyini deyib.

 

 

İcmal.Az

RƏYLƏR