Millət vəkili Mehriban Əliyevaya təşəkkür etdi

OXUNUB: 547 SOSİAL
7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz səhifəsində şərh paylaşın. Şərhi olduğu kimi təqdim edirik: 
"Təşəkkürlər ölkəmizin 1-ci Vitse Prezidenti,dəyərli Mehriban xanım Əliyeva!
Tovuz sakini, ailə qurduqdan 11 ildən sonra ana ola bilmək xoşbəxtliyinə nail olan və dünyaya 3 övlad gətirərək hamımızı sevindirən dəyərli Günel xanımın vaxtından çox öncə dünyaya gəlmiş və xəstəxanada ciddi həkim nəzarəti altında olan  övladlarına, ailəyə dəstək olmaq üçün mənə müraciət edən ailənin qohumları, dostları,kənd sakinləri və bəzi tovuzlu jurnalist dostların diqqətinə çatdlrmaq istəyirəm ki, bir neçə gün əvvəl  ATU Tədris Cərrahiyyə Klinikasında Günel xanımı ziyarət etdim və onunla, ailə üzvləri ilə birlikdə klinikanın rəhbərliyi,hörmətli Surxay müəllim, uşaqlara böyük diqqət və qayğı ilə yanaşan Aygün həkim, Günel xanımın həkimi və ona dəstək  olmuş Natavan həkimlə gözəl fikir mübadiləsi oldu.Uşaqların vaxtından çox erkən doğulduqlarını və onların sağ qalması üçün əllərindən gələni etdiklərini, amma uşaqlardan birinin vəziyyətinin çox ağır olduğunu dedilər. Uşaqların ən azı bir ay xəstəxanada ciddi müalicə altında olmalarının vacibliyi xüsusi vurğulandı.(Həmin uşağı, yəni üçəmlərdən birini o söhbətdən qısa zaman sonra itirdik).Uşaqların uzun müddət ciddi müalicə altında olmasına isə ciddi maddi dəstək lazım idi və ailənin buna gücü çatmırdı. Hər zaman bu cür ailələrimizin yanında olan ölkəmizin 1-ci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti dəyərli Mehriban xanım Əliyeva bizim və ailənin müraciətlərinə dərhal reaksiya verdi və Fondun direktoru dəyərli qardaşımız Anar Ələkbərov uşaqların xəstəxanada yüksək səviyyəli müalicə alıb yaşaması, valideynlərinin üzünü güldürə bilmələri üçün bütün dəstəyin Heydər Əliyev Fondu tərəfindən göstəriləcəyini bildirdi. Anar müəllimə telefonla söylədiyimiz kimi Mehriban xanım doğurdanda əsl xeyirxahlıq simvoludur. Ona bir daha dərin təşəkkürümüzü bildiririk. ATU Tədris Cərrahiyyə Klinikasına da Günel xanım və iki gözəl balasına diqqət və qayğıları üçün təşəkkür edirəm. Aygün xanımla ötən gün yenidən danışdıq. Bir az əvvəl isə Günel xanımla danışdım. 2 balamız müalicə altındadırlar və vəziyyətləri yaxşıya doğru gedir. Narahat olan insanlar narahat olmasınlar. Hər şey yaxşı olacaq.  İnşallah gözəl övladlar olub, bütün ailələrini, hamımızı sevindirəcəklər. Allah onları və bütün balaları qorusun!".
 
 
İcmal.Az

RƏYLƏR