Millət vəkili Rüfət Quliyev region əhalisini təhqir etdi: Kəndçi "Supermarket"ə gedər?

OXUNUB: 3146 GÜNDƏM HADİSƏ

7NEWS.az-ınxəbərinə görə, bu sözləri unikal-a müsahibəsindəmillət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bildirib ki, dövlət rayondakı insanlar üçün istənilən şəraiti yaradıb.

"Amma, son 20 ildə insanlarda bu torpağa, kənd təsərrüfatına maraq itib. Bilmirəm bu nəyə görədir? Bilirəm bəzi insanlar kəndlərdə bələdiyyələr tərəfindən ayrılmış torpaqlarda əkin əkmək istəyir.

Amma, bunun üçün ərazi imkan vermir ki, o işini həyata keçirə bilsin. Ya da su problemi olar. Mən bununla razıyam. Bütövlükdə ölkəmizdə əkin üçün yararlı torpaqlar nə qədər istəsən var.

Bir gün avtomobillə Lənkərana gedək. Görəcəksiniz ki, rayona kimi yolun sağ-solu demək olar ki, boşdur. Astarada adamlar işləyir. Cəlilabadda, həmçinin Gəncə və Şəmkirdə də yol boyu hamı əkin işləri ilə məşğul olur.

Qalan yerlər boşdur. Mənim doğulduğum Lənkəran rayon Sütəmordov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər.

Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, "Supermarketə” gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər.

Kəndçi "Supermarketə” gedər? Vallah mən bəzən Lənkəranda çayxanalarda da görüş keçirirəm. Allah şahiddir. Bir nəfər ən azı 20 dəqiqə problem danışır. 21-ci dəqiqədə deyirəm siz qurtardınız, qoy mən danışım. Soruşuram torpağınız var? deyir bəli var.

Digəri deyir torpağım var, satıb "Mercedes” almışam. Nədi-nədi qonşusunun da "Mercedes”i var. Astara gömrüyündən Tehrana kimi 14 saat avtomobillə yol getmişəm.

Yol kənarlarına baxanda adam zövq alır. İnsanların hamısı əkib-becərirlər. İnsanların torpağa necə məhəbbətləri var! Bizdə torpağa məhəbbət az olduğu üçün ərzaq mallarının bahalaşmasında problemlər yaşayırıq.

Sovet dövrünün ən ağıllı işi sovxoz-kolxozları yaratması idi. İnsanları məcburi əməyə cəlb edirdilər”, - deyə o bildirib.

 

RƏYLƏR