Millət vəkilindən Əli Kərimliyə sərt sözlər: “Sənlə məşğul olsam daşını daş üstdə qoymaram”n

OXUNUB: 920 KÖŞƏ

Radikal müxalifət cəbhəsində yeni tendensiya yaranıb. Parlament deputatlarının ümumən demədikləri fikirləri (kontekstdən çıxarılan yox, məhz demədikləri!) onların adından yazıb, yayıb, paylaşıb bizləri təhqir elətdirirlər. Əvvəllər bu hal Elman Nəsirov və digər həmkarlarıma qarşı tətbiq olundu. İndi isə öz aləmlərində məni hədəfə alıblar. Niyə öz aləmlərində? – Çünki belə bekarların qışqırtısı, onların timsalında sərgilənən reanimasion sindromlar, sərsəmləmələr şəxsim üçün heç bir dərin məna kəsb eləmir. Karvan onsuz da ötüb keçir. Sağdan və soldan gələn əndrabadi səslərə rəğmən….

Sadəcə dünən dəqiq məlumat aldım ki, feysbukda şəkillərimizi paylaşan və bizləri söydürən səhifənin adminləri birbaşa Əli Kərimlinin tapşırıqlarını icra edir, AXCP sədrinə hesabat verir. Heyrət eləmədim. Təəccüblənmədim. Zaman-zaman öz lideri haqda mediaya, cəmiyyətə yalnış məlumatlar ötürən adam bizim haqda niyə ötürməsin ki? Bizi niyə söydürməsin ki? Adam adətkardır. Xisləti budur. Mübarizə üslubu, metodu budur. Mahiyyəti budur.

Bu yaxınlarda bir neçə qatı müxalifətçi ilə canlı debatım olub. Hamısı ilə də normal şəraitdə. Kimsə kimsəni incidəcək bir söz deməyib, hər tərəf ortaya öz arqumentini qoyub, qarşı tərəf də cavablandırıb. Debat sonunda da normal görüşüb, sağollaşıb ayrılmışıq. Hətta moderator xanım da hər ikimizə bu davranışdan, intellektual müzakirədən, sivil dialoqdan dolayı təşəkkür edib.

Yəni, dediyim odur ki, mediaya, bütün müzakirələrə, söz döyüşünə hazıram və müdafiə etdiyim siyasi xətti istənilən məkanda dəstəkləmək gücündəyəm. Kimsədən çəkinəcəyim yoxdur. Dəfələrlə Əli Kərimlinin özünü də bizim deyil, məhz onların meydanında debata çağırmışam. Dalaşmağa yox, danışmağa. Gəlməyib. Özu bilər. Hər halda səbəbi var. Amma! Amma əgər sivil mübarizəyə, üzbəüz oturmağa, söz duelinə hazır deyilsənsə, kənardan ürək də bulandırma. Məni kim tanımasa da 2003-dən bəri keçirilən seçkilərdən, bütün aktiv siyasi proseslərdə iştirakımdan dolayı sən gözəl tanıyırsan – Əli Kərimli! Və onu da yaxşı bilirsən ki, bütün işimi-gücümü atıb sənlə məşğul olsam daşını daş üstdə qoymaram.

Özünü yığışdır və zurnanı get o yanda püflə.

Elşən MUSAYEV

7NEWS.az

RƏYLƏR