Millət vəkilinin 'ad günü təbriki' ilə bağlı yaranmış xoşagəlməz hadisə ilə bağlı həqiqətlər bəlli oldu

OXUNUB: 1044 SOSİAL
7NEWS.az xəbər verir ki, millət vəkili Ramil Həsənin rəsmi səhifəsini idarə edən admin və könüllülər qrupu son günlər ad günü təbriki ilə bağlı yaranan xoşagəlməz hadisə ilə bağlı açıqlama yayıb: "Milli Məclisin deputatı Ramil Həsənin rəsmi facebook səhifəsində (şəxsi profil deyil) admin və könüllülər qrupu tərəfindən doğum günü ilə bağlı paylaşılmış təbrik mesajı, son günlər, bəzi informasiya saytları və ayrı-ayrı şəxslər tərəfindən qərəzli şəkildə şişirdilərək, sanki "millət vəkili öz-özünü təbrik edir” formasında ictimaiyətə çatdırılıb. 
Ölkəmizin, hazırda, taleyüklü, tarixi məqamdan keçdiyini nəzərə alaraq, hər birimizin əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək, məsuliyyətli olub, dövlətimizin birliyi və bərabərliyi naminə, cənab Prezidentimizin ətrafında sıx birləşərək, fəaliyyət göstərməyimizin vacib olduğu bir vaxtda, deputat Ramil Həsənin doğum günü ilə bağlı kiçik bir məsələnin şişirdilib tamamilə yanlış şəkildə ifadə edilməsi qərəzdən, insanları yanlış məlumatlandırmaqdan başqa bir şey deyil. 
Bütün diqqətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, eləcə də digər mühüm istiqamətlərdə baş verən hadisələrə yönəldiyi bir vaxtda, hörmətli seçicilərimizdən, insanlardan bu cür məsələlərlə bağlı verdiyimiz narahatlığa görə üzr istəyir və bu barədə informasiya yaymış saytların hər bir hadisəni, məlumatı mahiyyəti üzrə işıqlandırmalarını arzu edirik."
7NEWS.az

RƏYLƏR