Milli komandanın 17 yaşlı qapıçısı özünü güllələdi – YENİLƏNİB + VİDEO – FOTO

OXUNUB: 596 HADİSƏ

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb.

Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb. 

Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

10:01

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR