Milli Məclisdə AŞPA komitəsinin iclası

OXUNUB: 874 SİYASƏT

Azərbaycan Milli Məclisində (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. 

İcmal.Az xəbər verir ki, "Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri MM sədrinin müavini Bahar Muradova açıb. O, deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir: "Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir”.

 

İcmal.Az

RƏYLƏR