Milli Məclisin büdcəsi açıqlandı

OXUNUB: 530 SOSİAL

2018-ci ilin dövlət büdcəsindən Milli Məclis və aparatının saxlanılması üçün 24 milyon 232 min manat vəsait nəzərdə tutulub.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deyilib.

Qeyd olunub ki, ayrılan vəsaitin 68.8 faizini əməkhaqqı xərcləri təşkil edəcək. İclasda Milli Məclisə xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün əlavə olaraq 1.2 milyon manat vəsaitin ayrılması xahiş edilib.

İcmal.Az

RƏYLƏR