Milli Məclisin deputatları tətildən yanvarın 15-də qayıdacaq

OXUNUB: 565 SİYASƏT

 Milli Məclis (MM) deputatlarının tətili yanvarın 15-də başa çatacaq.

İcmal.Az-ınn xəbərinə görə, həmin tarixdən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Fevralın 1-də isə (həftənin 4-cü günü) Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

 

İcmal.Az

RƏYLƏR