“Milli-mənəvi dəyərlərin qorunmasında media aləti” mövzusunda tədbir keçirildi – TOVUZDA+FOTOLAR

OXUNUB: 591 QHT

Çoxəsrli tarixi abidələr, milli-mənəvi dəyərlər Azərbaycan xalqının minilliklər tarixini özündə yaşadan zəngin informasiya mənbəyi olmaqla yanaşı, xalqımızın bu torpaqların avtoxton, köklü sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir. Ölkəmizin milli- mənəvi irsinin təbliği, dəstəklənməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi zaman-zaman müxtəlif konfranslar, təlimlər və digər formatda tədbirlər həyata keçirmişdir. Bütün bunlar təbii ki, mövcud sahədə ciddi uğurların əldə olunması ilə nəticələnmişdir. Dünyada informasiya-kommunikasiya texnologoyaları (İKT) inanılmaz inkişaf tempi ilə hər birimizi təəccübləndirməkdə davam edir. Sirr deyil ki, insan həyatının bütün mümkün fəaliyyət istiqamətləri İKT üzərindən idarə olunur. İstər məişət, istər iş, istərsədə ictimai-siyasi həyatımız bir növ İKT-dən asılı vəziyyətə düşüb. Ən-ənəvi kağız media-internet media ilə, canlı ünsiyyət sosial şəbəkələrlə, ümumiyyətlə insan əməyi avtomatlaşdırılmış internet-robot vasitəsi ilə idarə olunur. Bu mənada Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi təlabatı nəzərə alaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Milli-mənəvi dəyərlərin qorunmasında media aləti” layihəsini həyata keçirir.

Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov milli-mənəvi dəyərlərin qorunmasında medianın, xüsusən internet medianın mühüm rol oynadığını dedi. S.Abbasov bu sahədə dünya təcrübəsinin ölkəmizdə tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Donra sonra İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında elektron alətlərin istifadəsinin zəruri olduğunu dedi.

Sonra çıxış edənlər milli-mənəvi dəyərlərin müasir qloballaşma şəraitində qorunma və gələcək nəslə ötürülməsi yollarından danışdılar.

 





RƏYLƏR