Milli Mühasiblər Forumunun “Birinci Panel” görüşü həyata keçirilib - FOTOLAR

OXUNUB: 528 GÜNDƏM

"QHT və özəl sektorda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” adlı layihə çərçivəsində Milli Mühasiblər Forumunun "Birinci Panel” görüşü həyata keçirilib.

Sentyabrın 28-də Family Health İnternational ("FHI 360”) çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi xətti ilə "QHT və özəl sektorda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” adlı layihə çərçivəsində Milli Mühasiblər Forumunun "Birinci Panel” görüşü həyata keçirilib.

Təşkilat Komitəsinin rəhbəri Həlimə Tağıyeva tədbiri açdıqdan sonra iştirakçılar Vətən müharibəsinin başlanmasının 1 illiyinə həsr olunmuş Anım Günü ilə bağlı videonu izləyib, torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizn əziz xatirəsini yad ediblər.

Sonra Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, Milli Mühasiblər Forumunun sədri Mirəli Kazımov tədbirin Vətən müharibəsinin başlanmasının 1 illiyinə təsadüf etdiyini, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi altında bu haqq savaşında Zəfər qazandığını qeyd edib.

Sonra tədbirdə son illərdə özəl sektorun fəaliyyətində şəffaflığın təmin edilməsi, "kölgə iqtisadiyyatı”nın qarşısının alınması, kommersiya qurumlarının hesabatlılığı üzərində vergi-gömrük nəzarətinin artması barədə məlumat verib. Bildirilib ki, özəl sektorda tətbiq olunan vergi, gömrük və digər hesabatlılıq məsələləri ilə bağlı inzibatçılığın artması bu sahədə fəaliyyət göstərən maliyyəçi və mühasiblərin də işinə tələblərin artmasına gətirib.

Milli Mühasiblər Forumunun sədr müavini, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə haqqında iştirakçılara ətraflı məlumat verib.

Bununla yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədr müavini Vüqar Zeynalov görüşdə çıxış edərək, forum çərçivəsində keçirilən bu görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonda forumun işinə uğurlar arzulayaraq təşkilatçılara öz təşəkkürünü bildirib

Daha sonra layihənin ekperti Cavid Qasımov vergi qanunvericiliyi ilə bağlı təkliflərlə çıxış edib. Tədbirin "Vergi qanunvericiliyi üzrə” moderatoru iqtisadçı-ekspert Mehdi Babayev və Dövlət Vergi Xidmətinin əməkdaşları iştirakçıların suallarını cavablandırmış, onlar tərəfindən gələn təklifləri dəyərləndirərəklərini bildiriblər.

Panel görüşünün ikinci hissəsində görüşün " Peşəkar Mühasib” imtahanı mövzusu üzrə moderatoru, Bakı Mühəndislik Universitetinin "Mühasibat uçotu və audit” bölməsinin kafedra müdiri Firudin Sultanov çıxış edərək, "Peşəkar Mühasibatlıq” sertifikasiya ilə əlaqəli təqdimatını iştirakçılara təqdim edib. Təqdimatdan sonra "Peşəkar mühasib imtahanı” mövzusunda sual-cavab sessiyası keçirilib. İştirakçılara peşəkar mühasib hüququnun əldə edilməsi, "Mühasibat uçotu haqqında" qanuna uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikatlar üzrə imtahanların keçirilməsi barədə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və moderator Firudin Sultanov tərəfindən ətraflı məlumat verilib.

Görüşdə həmçinin, Maliyyə Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət İmtahan Mərkəzinin, KOBİA-nın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, müstəqil iqtisadçı ekspertlər və mühasiblər iştirak ediblər.

Tədbirin sonunda layihənin direktoru Solmaz Əliyeva yekun nitq ilə çıxış edərək, bildirib ki, layihə çərçivəsində sorğular və müzakirələr nəticəsində toplanmış rəylər əsasında yekun təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.






 

RƏYLƏR