Milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə keçirilən hərracların sayı açıqlanıb

OXUNUB: 758 İQTİSADİYYAT

Cari ilin 9 ayının sonuna Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 47 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirib.

 Mərkəzi Bankın (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 800 mln. manat olub.

Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 200 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 600 mln.manat təşkil edib./oxu

İcmal.Az

RƏYLƏR