Millilərimiz Kiyev turnirinə türkmənlərlə hazırlaşır – VİDEO

OXUNUB: 774 İDMAN

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlıqları davam etdirir. 

İcmal.Az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandaların toplanışı fevralın 5-dən başlayıb və 20-dək davam edəcək.

Sərbəst güləşçilərimizlə birgə təlim-məşq toplanışında Türkmənistan yığma komandasının üzvləri də iştirak edir.

Qadın güləşçilər isə hazırlıqları Ukraynanın paytaxtı Kiyevdə Konça Zaspa təlim-məşq bazasında davam etdirir. Fevralın 10-dan Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. 

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevral tarixlərində Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Sərbəst güləşçilərin təlim-məşq prosesindən videoreportajı təqdim edirik:

İcmal.Az

RƏYLƏR