Millimiz üçün Şəki – Bakı – Novı Sad hazırlıq planı

OXUNUB: 905 İDMAN

10-13 may tarixlərində Serbiyanın Novı Sad şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.

İcmal.Az xəbər verir ki, Olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. 

Milli komandanın baş məşqçiləri – Şahin Xudaverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər – Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir. 

Bir həftəlik toplanışda federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşğələlər nəzərdə tutulub. 

İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtdakı təlim-məşq bazasında keçəcək. Milli komanda Serbiyada keçiriləcək Avropa çempionatına mayın 8-də yollanacaq.

Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcəklər. 

İcmal.Az

RƏYLƏR